Аzərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir М.Əliyev/
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Böyük Britaniya Krallığı Xarici İşlər Nazirliyinin məsləhətçisi, beynəlxalq təhlükəsizlik sahəsində Məşvərət Şurasının nümayəndəsi, istefada olan general-leytenant Harri Consonu qəbul edib. Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.
Qonaqla bölgədə hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braun iştirak edib.