...

Azərbaycan Prezidenti Macarıstanın Baş naziri ilə görüşüb

Siyasət Materials 14 Sentyabr 2010 18:09 (UTC +04:00)
Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.
Azərbaycan Prezidenti Macarıstanın Baş naziri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Baş nazir Viktor Orbanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb, əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparmaq üçün səfərin yaxşı imkan yaratdığını deyib və səfər zamanı səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edib.

Görüşdə AGRI layihəsinin ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından da əhəmiyyəti qeyd edilib, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti