...

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə görüşlər keçirib (FOTO)

Siyasət Materials 14 Sentyabr 2010 18:49 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili çərşənbə axşamı Gəncəyə səfər edib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə görüşlər keçirib (FOTO)

Azərbaycan, Gəncə, 14 sentyabr /Trend, müxbir V.Məmmədov/

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili çərşənbə axşamı Gəncəyə səfər edib.

Trend-in bölgə müxbirinin məlumatına görə, müvəqqəti işlər vəkili Adam Sterlinq ilk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Səfərin tanışlıq məqsədi daşıdığını deyən diplomat görüşdə şəhərdə görülən işlər barədə ətraflı məlumat aldığını bildirib.

"İki aydır ki, Azərbaycanda çalışıram. ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili kimi ən ümdə məsələ ölkəni dərindən tanımaqdır. Məhz buna görə də bölgəyə səfərə çıxmışam. Gəncə mənim ilk səfər etdiyim şəhərdir. Həm də mənim ABŞ-dakı Azərbaycan dili müəllimim Gəncədə anadan olduğu üçün bu şəhərə səfər etməyi qərara aldım", - Sterlinq bildirib.

Daha sonra vəkil Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət göstərən Amerika Mərkəzində də olub. Buradakı şəraitlə tanış olan diplomat Mərkəzin resurslarından faydalanan gənclərlə görüşərək onların suallarını cavablandırıb. Əsasən ABŞ-da təhsil almaq yolları, Amerika elmi-texniki və ictimai ədəbiyyatı məsələləri barədə müzakirə aparılıb.

Gəncə Mərkəzi Kitabxana Sistemindəki Amerika guşəsi ABŞ Səfirliyinin dəstəyi ilə 2007-ci ildən fəaliyyət göstərir. Burada gənclər Amerika ədəbiyyatı il tanış olur, həmçinin danışıq klublarına qatılırlar.

Gəncə paytaxt Bakıdan 365 kilometr məsafədə yerləşir.

ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili sabah Bərdə rayonuna da səfər edəcək.

Xəbər lenti

Xəbər lenti