...

Azərbaycan hakimləri Batumidə beynəlxalq konfransda iştirak edəcəklər

Siyasət Materials 17 Sentyabr 2010 16:38 (UTC +04:00)
Sentyabrın 17-18-də Gürcüstan Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Batuminin "Şeraton Batumi" hotelində "Məhkəmə nəzarətində ziddiyyətli və üst-üstə düşən fikirlərin əhəmiyyəti" beynəlxalq konfransı keçiriləcək.
Azərbaycan hakimləri Batumidə beynəlxalq konfransda iştirak edəcəklər

Gürcüstan, Tbilisi, 17 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Sentyabrın 17-18-də Gürcüstan Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Batuminin "Şeraton Batumi" hotelində "Məhkəmə nəzarətində ziddiyyətli və üst-üstə düşən fikirlərin əhəmiyyəti" beynəlxalq konfransı keçiriləcək. Bu barədə Trend-ə məhkəmədən bildiriblər.

Tədbir qarşısına ziddiyyət təşkil edən yanaşmaların müzakirəsini qoyur. Məsələn, məhkəmə qərarının legitimliyinə ziddiyyətli və üst-üstə düşən fikirlər necə təsir göstərir; məhkəmə daxilindəki ideoloji fikir ayrılıqları məhkəmə presedentinin inkişafına nə dərəcədə müsbət təsir göstərə bilər.

Konfransa gürcü, o cümlədən Azərbaycan, Ermənistan, Türkiyə, Moldova, Bolqarıstan, Ukrayna, Rumıniya, Macarıstan və Yunanıstandan xarici hakim və ekspertlər, Venesiya Komissiyasının üzvləri və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri dəvət olunublar.

Tədbir Venesiya Komissiyasının dəstəyi ilə Gürcüstan Konstitusiya Məhkəməsi və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti