...

Azərbaycanda Parlament seçkilərində iştirak etmək üçün 262 nəfər DSK-lara müraciət edib

Siyasət Materials 18 Sentyabr 2010 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Parlament seçkilərində iştirak etmək üçün 262 nəfər dairə seçki komissiyalarına müraciət edib. Trend-in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov MSK-nın şənbə günü keçirilən iclası zamanı deyib.

Pənahovun sözlərinə görə, müraciətlər 92 dairə üzrə olub. Qalan 33 dairədə isə hələ ki müraciət olmayıb.

MSK sədri deyib ki, Parlament seçkilərini müşahidə etmək üçün ölkə daxilində 200 nəfər müraciət edib və onların müşahidəçilik hüququ təsdiq olunub. MDB də seçkilərdə iştirak ilə əlaqədar arzusunu bildirib. Bundan əlavə, MSK özü də bir sıra seçki qurumlarına Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etməyə dəvət edib.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Xəbər lenti

Xəbər lenti