...

Beş azərbaycanlı Qırğızıstanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb

Siyasət Materials 21 Sentyabr 2010 18:00 (UTC +04:00)
Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün beş azərbaycanlı öz namizədliyini irəli sürüb.
Beş azərbaycanlı Qırğızıstanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün beş azərbaycanlı öz namizədliyini irəli sürüb.

Bunlar Alaferdiyev Akif (Azərbaycan diasporunun sədri), Alaferdiyev Arif (vəkil), Əbülqasımov Vladimir (Bişkək merinin köməkçisi), Əliyev Fərhad (tələbə) və Hacıyeva Leyladır (Qırğızıstan bankının əməkdaşı). Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov deyib.

Bütün namizədlər parlament seçkilərində iştirak edən Qırğızıstanın 29 siyasi partiyasının beşindən irəli sürülüb.

Statistikaya əsasən, Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır.

2010-cu il oktyabrın 10-da Qırğızıstanda parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Respublikada qanunvericilik orqanı apreldən fəaliyyət göstərmir. Parlament çevrilişdən sonra ölkənin yeni rəhbərliyinin qərarı ilə buraxılıb. Seçkilər hakimiyyət orqanlarını - parlament və hökuməti yaratmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti