Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir М.Əliyev/
Cümə günü respublika müstəqilliyinin 19-cu ildönümü münasibətilə keçirilən tədbirdə Tacikistanın səfiri Zokir Vəzirov müstəqillik və suverenliyin danılmaz vacibliyini qeyd edib.
"Müstəqilliyin əsas faktoru enerji müstəqilliyidir", - səfir Tacikistanda dünyanın ən böyük enerji anbarlarından birinin tikildiyini qeyd edərək deyib.
Onun sözlərinə görə, Tacikistanda, həmçinin, yol infrastrukturu inkişaf edir.
Səfir Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qiymətləndirib və ümidlə bildirib ki, bu qardaşlıq münasibətləri gələcəkdə də inkişaf edəcək.
Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. O, həmçinin, Azərbaycan-Tacikistan münasibətlərinin müsbət tendensiyasını qeyd edərək, onun yüksək xətlə inkişaf etdiyini bildirib.
"Azərbaycan Tacikistanla əməkdaşlığın fəallaşdırılmasında maraqlıdır; belə ki, bu, hər iki ölkənin maraqlarına cavab verir", - o deyib.