...

Azərbaycan Prezidentinin Özbəkistana səfər proqramı açıqlanıb

Siyasət Materials 27 Sentyabr 2010 11:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Özbəkistana ikigünlük dövlət səfəri başlayır. Bu barədə Trend-ə Özbəkistan XİN mətbuat xidməti məlumat verib.
Azərbaycan Prezidentinin Özbəkistana səfər proqramı açıqlanıb

Özbəkistan, Daşkənd, 27 sentyabr /Trend, müxbir D.Əzizov/

Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Özbəkistana ikigünlük dövlət səfəri başlayır. Bu barədə Trend-ə Özbəkistan XİN mətbuat xidməti məlumat verib.

Azərbaycanın dövlət başçısı və onu müşayiət edən şəxslər hava limanından Özbəkistan Prezidenti İslam Kərimovun iqamətgahı Kuksaraya yola düşəcəklar. Orada qonaqların təntənəli qarşılanma mərasimi keçiriləcək. Daha sonra dövlət başçıları təkbətək görüşəcəklər, bundan sonra danışıqlar geniş tərkibdə davam edəcək.

Səfər proqramında Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişaf məsələləri üzrə danışıqların aparılması nəzərdə tutulub. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq xarakterli aktual problemləri müzakirə edəcəklər.

Danışıqların yekunları üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti