...

Azərbaycan Baş Prokurorluğu və Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi əməkdaşlıq proqramı imzalayıblar

Siyasət Materials 28 Sentyabr 2010 15:03 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu və Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi çərşənbə axşamı Bakıda əməkdaşlıq proqramı imzalayıblar. Bu barədə Trend-ə Azərbaycan Baş Prokurorluğundan verilən məlumatda deyilir.
Azərbaycan Baş Prokurorluğu və Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi əməkdaşlıq proqramı imzalayıblar

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir К.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu və Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi çərşənbə axşamı Bakıda əməkdaşlıq proqramı imzalayıblar. Bu barədə Trend-ə Azərbaycan Baş Prokurorluğundan verilən məlumatda deyilir.

Sənədi Azərbaycan tərəfdən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Rusiya tərəfdən isə İstintaq Komitəsinin sədr müavini Yelena Leonenko imzalayıblar.

Sənəd konkret cinayət işi və hüquq-mühafizə fəaliyyəti məsələləri üzrə iş təcrübəsi və informasiya mübadiləsi, o cümlədən, Azərbaycan və Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi və cinayət tendensiyaları, həmçinin, daxili hökumət qanunvericiliyi haqqında müntəzəm informasiya mübadiləsi haqqında idarələrin qarşılıqlı yardımını nəzərdə tutur.

Bundan əlavə, proqramda ölkənin sərhədyanı ərazilərində fəaliyyət göstərən Azərbaycan Prokurorluğunun ərazi orqanları və RF İstintaq Komitəsinin işgüzar əlaqələrini yaratmaq üzrə məsləhətləşmələr nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti