...

NATO Buxarest sammitinin qərarına sadiq qalır – Gürcüstan Parlamentinin sədri

Siyasət Materials 30 Sentyabr 2010 12:23 (UTC +04:00)
NATO Baş katibinin Gürcüstana planlaşdırılmış səfəri ittifaqın Buxarest sammitinin blok üzvlüyünə ölkələrin qəbulu haqqında qərarına sadiqliyini sübut edir. Bu barədə Gürcüstan Parlamentinin sədri David Bakradze deyib.
NATO Buxarest sammitinin qərarına sadiq qalır – Gürcüstan Parlamentinin sədri

Gürcüstan, Tbilisi, 30 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

NATO Baş katibinin Gürcüstana planlaşdırılmış səfəri ittifaqın Buxarest sammitinin blok üzvlüyünə ölkələrin qəbulu haqqında qərarına sadiqliyini sübut edir. Bu barədə Gürcüstan Parlamentinin sədri David Bakradze deyib.

"NATO Baş katibinin Gürcüstana səfəri ondan xəbər verir ki, Gürcüstan ilə NATO arasında münasibətlər Buxarest öhdəliklərinə müvafiq olaraq inkişaf edir. Yalnız bir neçə texniki məsələni, eləcə də nə vaxt və hansı formada birləşmənin baş verəcəyini həll etmək qalır", - o bəyan edib.

NATO-nun Baş katibi Anders Foq Rasmussen Tbilisiyə səfəri zamanı oktyabrın 1-də prezident Mixeil Saakaşvili, Parlament sədri, Baş nazir, müdafiə və xarici işlər nazirləri ilə görüşəcək. Tbilisiyə səfəri çərçivəsində, həmçinin, NATO ilə bağlı ofis açılacaq.

Xəbər lenti

Xəbər lenti