...

Azərbaycanın hakim partiyası iki dairədən Parlamentə namizədlərini dəyişməsi məsələsinə aydınlıq gətirib

Siyasət Materials 30 Sentyabr 2010 13:23 (UTC +04:00)
Azərbaycanın hakim partiyası partiyanın iki dairədən Parlamentə namizədlərini dəyişməsi məsələsinə münasibət bildirib.
Azərbaycanın hakim partiyası iki dairədən Parlamentə namizədlərini dəyişməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası partiyanın iki dairədən Parlamentə namizədlərini dəyişməsi məsələsinə münasibət bildirib.

Yeni Azərbaycan Partiyası 2005-ci il seçkilərində 107 saylı seçki dairəsi üzrə xalq şairi Vaqif Səmədoğlunun namizədliyini dəstəkləyib. Lakin bu seçkilərdə Vaqif Səmədoğlu həmin dairədən namizədliyini irəli sürmədiyinə görə, partiya Əhməd Vəliyevi ora namizəd göndərib, - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə YAP-ın sədr müavini Əli Əhmədov bildirib.

34 saylı seçki dairəsi üzrə Gülər Əhmədovanın namizədliyinin irəli sürülməsinə gəlincə, Əhmədov bildirib ki, YAP ötən seçkilərdə o dairədə uğur qazanmadığı üçün, 34 saylı seçki dairəsinə daha güclü namizəd irəli sürüb.


15 saylı seçki dairəsindən YAP partiyanın Yasamal Rayon Təşkilatının fəallarından olan Rasim Nəbiyevin namizədliyini irəli sürüb. 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən YAP-ın iki üzvünün müstəqil şəkildə namizədliyini irəli sürdüyünü qeyd edən Əhmədov bildirib ki, hər iki şəxs dairə ilə bağlı adamlardır.

"Onların nə qədər güclü olduğunu dəqiqləşdiririk. YAP olaraq orada kimin namizədliyini dəstəkləyəcəyimiz barədə qərarı isə bu dəqiqləşdirmədən sonra verəcəyik. Əhəd Abıyev öz gücünü o dairədə sınamaq istəyirsə, qiymətləndirə bilərik", - Əhmədov deyib.
Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti