...

GUAM Baş katibi Azərbaycanda Parlament seçkilərinin gedişini izləyəcək

Siyasət Materials 30 Sentyabr 2010 14:56 (UTC +04:00)
GUAM Parlament Assambleyası Azərbaycanın dəvəti ilə noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərin gedişinin müşahidəsində iştirak edəcək. Bu barədə GUAM Baş katibi Valeri Çeçelaşvili məlumat verib.
GUAM Baş katibi Azərbaycanda Parlament seçkilərinin gedişini izləyəcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

GUAM Parlament Assambleyası Azərbaycanın dəvəti ilə noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərin gedişinin müşahidəsində iştirak edəcək. Bu barədə GUAM Baş katibi Valeri Çeçelaşvili məlumat verib.

"Mən, həmçinin, təşkilatdan müşahidə missiyasının tərkibində [Azərbaycana] gəlmək istəyirəm", - Çeçelaşvili cümə axşamı telefonla Kiyevdən telefonla Trend-ə bildirib.

GUAM-la yanaşı, Azərbaycandakı Parlament seçkilərinin gedişini bəzi beynəlxalq təşkilatların - ATƏT, Aİ, AŞ və MDB-nin müşahidə missiyaları da izləyəcəklər. MDB müşahidəçi missiyasına təşkilatın icraçı-katibi Sergey Lebedev rəhbərlik edəcək. Bu barədə Trend-ə qurumun İcraiyyə Komitəsindən bildirilib.

Milli Məclisə bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

GUAM-ın formatı keçmiş sovet ölkələri tərəfindən 1997-ci ildə Strasburqda Avropa Şurası dövlətləri rəhbərlərinin sammitində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd il sonra təşkilatı tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən sammitində GUAM-ın beynəlxalq təşkilat kimi yenilənərək, yeni adla - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-a çevrilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti