Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, "Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə qərar qəbul edilib.
Həmin qərarla Respublika Çağırış Komissiyası aşağıdakı tərkibdə təsdiq edilib:
Komissiya sədri, R.Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini
Komissiya sədrinin müavini, M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
O.Zalov - daxili işlər nazirinin müavini, A.Vəlibəyov - səhiyyə nazirinin müavini, T.Musayev - ədliyyə nazirinin müavini, A.Dadaşov - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini (razılaşdırılmışdır), S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılmışdır).
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti isə MR-in Çağırış Komissiyasının tərkibini təsdiq edəcək.