...

Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə silahlı basqınla bağlı şəxsin məsuliyyətə cəlb olunması təmin ediləcək - Zakir Qaralov

Siyasət Materials 1 Oktyabr 2010 11:58 (UTC +04:00)
Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə silahlı basqınla bağlı şəxsin tutulub məsuliyyətə cəlb olunması təmin ediləcək.
Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə silahlı basqınla bağlı şəxsin məsuliyyətə cəlb olunması təmin ediləcək - Zakir Qaralov

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, K. Zərbalıyeva/

Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə silahlı basqınla bağlı şəxsin tutulub məsuliyyətə cəlb olunması təmin ediləcək.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

İşlə bağlı istintaq orqanlarında çox mühüm sübutlar olduğunu diqqətə çatdıran Baş prokuror, cinayətkarın tutulması istiqamətində işlərin davam etdirildiyini deyib.

"Həm cinayəti törətmiş şəxsin hadisə yerində buraxdığı maddi izlər, həm də hadisə yerindən uzaqlaşarkən mikroavtobusdan onun saç və qan nümunələri götürülüb. Ümumilikdə, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Məlum hadisə də daxil olmaqla, həmin cinayətlərin hamısının açılması və cinayəti törədən şəxslərin müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilmələri təmin olunacaq", - Qaralov deyib.

Bu il fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərindəki valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevə naməlum şəxs tərəfindən silahlı hücum olub. Balayev qətlə yetirilib, atası İsmayıl Balayev isə ağır xəsarət alıb.

Bu fakt ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti