...

Azərbaycan Prezidenti Bakı şəhərinin Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışında iştirak etmişdir (FOTO)

Siyasət Materials 5 Oktyabr 2010 01:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimdə iştirak etmişdir. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Bakı şəhərinin Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışında iştirak etmişdir (FOTO)

RED. əlavəsi: Yeni fotoşəkillər əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimdə iştirak etmişdir. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimə toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyevə məlumat verildi ki, Xəzər dənizi sahilindəki bu mənzərəli guşədə mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılmışdır.

Mərkəzin 30 siniflik tədris korpusu istifadəyə hazırdır. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam təchiz edilmişdir. Mərkəzin ayrıca istilik sistemi vardır. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilmiş, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzin tikintisində, əsasən, yerli tikinti materiallarından istifadə edilmişdir. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev mərasim iştirakçılarını, mərkəzin pedaqoji kollektivini salamladı, belə müasir təhsil ocağının açılışı münasibətilə onları təbrik etdi.
MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan danışdı, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğuladı.

Mərasimdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya Azərbaycanda tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti