...

Gürcüstan Olimpiya Komitəsinin rəhbəri gürcü xizəkçisinin həlak olmasının səbəbləri haqqında Kanada məhkəməsinin çıxardığı nəticədən narazıdır

Siyasət Materials 5 Oktyabr 2010 15:03 (UTC +04:00)
Gürcüstan Olimpiya Komitəsinin prezidenti Giya Natsvilişvili Kanada məhkəməsinin Olimpiya xizək trasında gürcü xizəkçisi David Kumaritaşvilinin həlak olma səbəbləri haqqında gəldiyi nəticədən razı deyil.
Gürcüstan Olimpiya Komitəsinin rəhbəri gürcü xizəkçisinin həlak olmasının səbəbləri haqqında Kanada məhkəməsinin çıxardığı nəticədən narazıdır

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Olimpiya Komitəsinin prezidenti Giya Natsvilişvili Kanada məhkəməsinin Olimpiya xizək trasında gürcü xizəkçisi David Kumaritaşvilinin həlak olma səbəbləri haqqında gəldiyi nəticədən razı deyil. Natsvilişvilinin jurnalistlərə bildirdiyinə görə, Kumaritaşvilinin ehtiyatsızlığından və təcrübəsizliyindən söhbət belə gedə bilməz.

Kanada məhkəməsinin çıxardığı qərara görə, gürcü xizəkçisinin xizək yarışlarından bir gün əvvəl ölümünə səbəb onun kifayət qədər peşəkar olmaması və yol verdiyi səhvlərdir.

"Bu, əlbəttə кi, bədbəxt hadisədir, lakin başlıca problem sonradan təzədən düzəldilən trassın mürəkkəbliyindədir", - Gürcüstan MOK prezidenti bildirib. O, Kanada məhkəməsinin qərarına etiraz ediləcəyini istisna etməyib, lakin bunu həlak olan idmançının ailəsi həll edəcək.

"Biz onun ailəsi ilə əlaqə saxlayırıq və ictimaiyyəti qəbul edilmiş qərar haqqında məlumatlandırırıq", - Gürcüstan MOK prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti