...

Azərbaycan Prezidenti Sədərəkdəki "N" hərbi hissəsində olub

Siyasət Materials 5 Oktyabr 2010 16:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki "N" hərbi hissəsində olub.
Azərbaycan Prezidenti Sədərəkdəki "N" hərbi hissəsində olub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki "N" hərbi hissəsində olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agnetliyi yayıb.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub.

Məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib.

Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.

Xəbər lenti

Xəbər lenti