...

Azərbaycana həsr olunmuş seminar keçirilib

Siyasət Materials 6 Oktyabr 2010 11:59 (UTC +04:00)
Lonq-Biç şəhərindəki Kaliforniya Dövlət Universitetində (California State University - Long Beach) Azərbaycana həsr olunmuş seminar keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.
Azərbaycana həsr olunmuş seminar keçirilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Lonq-Biç şəhərindəki Kaliforniya Dövlət Universitetində (California State University - Long Beach) Azərbaycana həsr olunmuş seminar keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

Azərbaycanın baş konsulu Elin Süleymanov tələbələr qarşısında çıxış edərək, ölkənin xarici siyasəti və Cənubi Qafqazın tarixi haqqında danışıb. O, Azərbaycan cəmiyyətindəki çoxəsrlik tolerantlıq ənənələrini və Bakının xarici siyasət kursundakı praqmatikliyi xüsusi qeyd edib.

Diplomat Avrasiyanın əsas coğrafi regionunda yerləşən Azərbaycanın strateji mövqeyinə toxunub. Mədəni və siyasi sistemlərin qovşağında yerləşən ölkənin coğrafi mövqeyi mədəniyyətlərarası dialoqda və qlobal inteqrasiya proseslərində müsbət rol oynamağa imkan verir.

Süleymanov Azərbaycan rəhbərliyinin regional inteqrasiya və qarşılıqlı sərfəli tərəfdaşlıq münasibətlərinin qurulmasına yanaşmanın uzaqgörənliyini qeyd edib. Bununla əlaqədar, təəssüflə qeyd olunub ki, Yerevanın qeyri-konstruktiv və məsuliyyətsiz siyasəti regiona mənfi təsirini davam etdirir və Ermənistanın özünü tam inkişaf etmək imkanlarından məhrum edir.

Seminarın gedişində universitetin müəllim heyəti və tələbələri ilə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti