...

Böyük Britaniya Gürcüstana dəstəyini təsdiq edir

Siyasət Materials 6 Oktyabr 2010 14:23 (UTC +04:00)
Böyük Britaniyanın xarici işlər naziri növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini Moskvaya səfəri ərəfəsində təsdiq edib.
Böyük Britaniya Gürcüstana dəstəyini təsdiq edir

Gürcüstan, Tbilisi, 6 oktyabr /Trend, müxbir N. Kirsxaliya/

Böyük Britaniyanın xarici işlər naziri növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini Moskvaya səfəri ərəfəsində təsdiq edib.

Vilyam Heyq BBC-də birbaşa yayımda bəyan edib ki, Gürcüstan məsələsi Rusiya-Avropa münasibətlərində toxunulmaz olaraq qalır.

"Rusiya və Britaniya münasibətləri, həmçinin, Rusiya və bir çox Avropa ölkələri arasında münasibətlərdə mövcud çətinliklər qalmaqda davam edir. Gürcüstanda baş vermiş hadisələr belə çətinliklərə sübutdur. Biz Abxaziya və Cənubi Osetiyada baş verən hadisələri dəstəkləmirik. Biz Gürcüstanın demokratiya və ərazi bütövlüyünü dəstəkləyirik", - bu barədə Böyük Britaniyanın XİN rəhbəri deyib və əlavə edib ki, Rusiya ilə münasibətlərin pisləşməsi onun qonşularının maraqları hesabına olmamalıdır.

Xəbər lenti

Xəbər lenti