...

Niderlandda Azərbaycanın iqtisadi imkanları təqdim olunub (FOTO)

Siyasət Materials 8 Oktyabr 2010 16:45 (UTC +04:00)
Azərbaycanın iqtisadi imkanları Niderlandda ölkənin tanınmış şirkətlərinin rəhbər və nümayyəndələri, dövlər qurumlarının və tədqiqat mərkəzlərinin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə beynəlxalq konfransda təqdim olunub.
Niderlandda Azərbaycanın iqtisadi imkanları təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın iqtisadi imkanları Niderlandda ölkənin tanınmış şirkətlərinin rəhbər və nümayyəndələri, dövlər qurumlarının və tədqiqat mərkəzlərinin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə beynəlxalq konfransda təqdim olunub.

Son illər ərzində dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında vəziyyət sabitdir, ölkə hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəlmiş fəaliyyətini davam etdirir, xarici investorlar üçün yaradılmış münbit şərait nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 40 milyard ABŞ dollarından çoxdur. Bunu Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov konfransda çıxışı zamanı deyib. Bu barədə səfirlikdən verilən məlumatda deyilir.

Diplomat bir faktı xüsusilə qeyd edib ki, beynəlxalq reytinq agentlikləri tərəfindən verilən rəylər nəticəsində ölkədə yaradılmış əlverişli biznes mühitinə görə 2009-cu ildə Azərbaycan dünya ölkələri arasında 33-cü yerdə olub.

Təqdimatda ölkənin neft-qaz sektorunun inkişafı, təbii qazın dünya bazarlarına nəqli imkanları məsələləri öz yerini tapıb.

Niderlandın "Clingendael" Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq enerji proqramının rəhbəri Kristof van Aqt Xəzər hövzəsi ölkələrinin, xüsusilə, Azərbaycanın geostrateji vəziyyəti, regionda hasil olunan zəngin hidrokarbon resursların dünya bazarlarına nəql edilməsi imkanları, ölkəmizin böyük iqtisadi potensialı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti