Azərbaycan ilə İran arasında hərbi və təhlükəsizlik sahəsində münasibətlər yüksək səviyyədədir - müdafiə naziri Əhməd Vəhidi (MÜSAHİBƏ)

Azərbaycan ilə İran arasında hərbi və təhlükəsizlik sahəsində münasibətlər yüksək səviyyədədir - müdafiə naziri Əhməd Vəhidi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Cəfərov/

Trend-in Fars redaksiyasının İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi ilə oktyabrın 11-də Azərbaycana səfəri öncəsi müsahibəsi

- Azərbaycan və İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz? İki ölkə arasında bu əməkdaşlığın gələcək perspektivini necə görürsünüz? 

- İran və Azərbaycan arasında tarixi, mədəni və dini baxımdan çox yaxın bağlılıq var və bu, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yaxşı səviyyədə olmasına zəmin yaradır. Əlaqələr hərbi və təhlükəsizlik sahəsində də yüksək səviyyədədir. İki ölkə rəhbərlərinin münasibətlərin inkişaf etdirilməsində iradəsi əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini göstərir. 

- Azərbaycan və İran indiyədək təhlükəsizlik sahəsində üç əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu müqavilələr hansı səviyyədə icra olunub və iki ölkə arasında hansı nailiyyətlərə səbəb olub? Sizin Azərbaycana səfəriniz zamanı nə kimi məsələlər müzakirə olunacaq və yeni müqavilələr imzalanacaqmı? 

- Əldə olunmuş razılaşmalar icra olunub və hər iki tərəf razı qalıb. Bu müqavilələrin iki ölkə üçün müsbət nəticələri olub. Bu müqavilələr regionda sülh və sabitliyin yaranmasında böyük rol oynaya bilər. Azərbaycana səfər zamanı dost və qardaş ölkə olan Azərbaycanın siyasi və hərbi rəsmiləri ilə müzakirələrimiz olacaq. Ümid edirəm ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini sürətləndirəcək.

- Rusiya S-300 zenit-raket müdafiə komplekslərinin İrana təhvil verilməsindən imtina edib. İran elan edib ki, S-300 müdafiə kompleksinə oxşar sistemi özü istehsal edə bilər. Bu sahədə hansısa işlər görmüsünüzmü və ya hansı nailiyyətlər əldə etmisiniz?  

- S-300 zenit-raket müdafiə kompleksləri haqqında Rusiya ilə imzalanmış müqavilə beynəlxalq öhdəliklər və qanunlarla heç bir ziddiyyət təşkil etmir. Bu məsələ iki ölkə arasında imzalanmış müqavilənin mətnində açıq şəkildə qeyd olunub. Digər tərəfdən, Rusiya S-300 müdafiə sistemini BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsindən iki il əvvəl İrana təhvil verməli idi. Eləcə də BMT TŞ-nin sonuncu qətnaməsində də zenit-raket kompleksləri ilə bağlı heç bir qeyd yoxdur. İnanırıq ki, region ölkələri tərəfindən öhdəliklərin yerinə yetirilməsi müştərək mənafe və hədəflərə çatmağa, möhkəm təhlükəsizlik bağlılığı yaratmağa və qarşılıqlı inamı gücləndirməyə zəmin yaradacaq. Biz heç vaxt istəmərik ki, bu kimi hərəkətlər İran xalqının tarixi yaddaşında qara bir ləkə kimi qalsın. 

Əvvəlcə də bildirmişəm ki, İran İslam Respublikası Müdafiə Nazirliyinin təcrübəli mütəxəssisləri uzaqməsafəli zenit-raket müdafiə sisteminin istehsalı üzərində işləyirlər. Bundan əvvəl də sübuta yetirilib ki, müdafiə sahəsində İranlı mütəxəssislər müstəqil işləmək bacarığına malikdirlər.

- Sizin Xəzər dənizinin hərbiləşdirilməsi və bu dənizin təhlükəsizliyinin təmin olunmasına münasibətiniz necədir? 

- İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi bilir. Bu həqiqətin başa düşülməsi və bu fikrin inkişaf etdirilməsi region ölkələrinin mənafeyinin daha çox təmin edilməsinə, daimi sülhün yaranmasına və hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə səbəb ola bilər. 

Bunu Xəzəryanı ölkələrin imzaladığı birgə müqavilələr çərçivəsində, ədalət prinsipi ilə razılaşma və regionda baş verən əhəmiyyətli mövzularla bağlı qarşılıqlı əməkdaşlıqla etmək olar. Təbii ki, bütün bu sadalananların baş verməsi Xəzər regionunda hərbiləşmənin qarşısını alan ən əsas amillərdən biri olacaq və Xəzərdə sabitliyə səbəb olacaq.

- Bəzi Qərb KİV-ləri İranın hərbi nailiyyətlərini Yaxın Şərqdə təhlükə amili və silahlanma yarışı kimi qələmə verirlər. Bu barədə nə deyə bilərsiniz?

- Qərb ölkələri çalışırlar ki, sabiliyin pozulması bəhanəsi ilə regionda özlərinin "xaos yaradan" imiclərini digər ölkələrə ötürsünlər. Regionda "İran qorxusu", "Şiə qorxusu" və "İslam qorxusu" adı ilə islamofobiya siyasətini yürüdürlər. Bu kimi fikirlərin səslənməsini də bu siyasətin davamı kimi dəyərləndirmək olar. Müdafiə sənayesi texnologiyalarının istehsalında İran İslam Respublikasının müdafiə doktrinası "aktiv qabaqlama" və "yeni və fəal müdafiə" əsasındadır. Bu baxımdan biz öz müdafə gücümüzün islam dünyası ilə birlikdə və regionda davamlı sülh və əsaslı sabitliyin xidmətində olduğunu bilirik. İran İnqilabından sonra 32 illik təcrübə göstərib ki, bizim ölkə regionda heç bir ölkə üçün rəqib və təhlükə deyil. 

Qərb ölkələrinin təbliğat xarakterli siyasəti ABŞ və İsrailin "vahimə yaratmaq" strategiyasına uyğun həyata keçirilir. Hegemon ölkələr və onların siyasətini yayımlayan KİV-lər region ölkələri və xalqlarının təbii sərvətlərini öz mənafeləri uğrunda qarət etmək məqsədi ilə bu strategiyanı icra edirlər. Onlar çalışırlar ki, "İran qorxusu" "layihə"sini icra etməklə özlərinin regionda silahlanma yarışı və iştiraklarına bəraət qazandırsınlar. Onlar region xalqlarının sərvət və sərmayəsi ilə öz silah istehsalı zavodlarını və şirkətlərini iflasa uğramaqdan qoruyurlar. Həmin ölkələr regionun müsəlman ölkələri arasında ixtilaf yaratmaqla, islam dünyası üçün əsas təhlükə olan "sionist rejimi" təhlükəsinin ciddiliyini kölgədə qoymaq istəyirlər. Buna görə də region ölkələri ayıq olmalı və Qərb ölkələrinin apardığı piarlara aldanmamalıdırlar.

- ABŞ və Səudiyyə Ərəbistanı arasında 60 milyard dollar məbləgində hərbi müqavilənin imzalanması müzakirə olunub. Bundan başqa, Fars körfəzi ölkələrinin bir çoxu irihəcmli hərbi müqavilələr imzalayıb və Qərb ölkələrinə öz ərazilərində hərbi bazanın yerləşdirilməsi üçün icazə veriblər. Sizcə, bu məsələ İran üçün təhlükəli hesab oluna bilərmi və bu problemin həlli yolu nədədir? 

- Biz heç bir zaman Fars körfəzi ölkələrini özümüz üçün təhlükə hesab etməmişik və etməyəcəyik. Burada əhəmiyyətli məsələ ondadır ki, ABŞ region ölkələri ilə irihəcmli hərbi müqavilələr imzalamasına baxmayaraq, heç bir zaman islam ölkələrinin "sionist rejimi" qarşısında bərabər qüvvə olmasına icazə verməyəcək. Digər tərəfdən, ABŞ çalışır ki, hərbi asılılıq yaratmaqla region ölkələrinin hərbi gücünü öz əlində saxlasın. ABŞ həmişə çalışır ki, Fələstin "işğalçıları"nın hərbi gücünü ərəb və digər müsəlman ölkələrindən daha yüksək səviyyədə saxlasın. ABŞ bu silahlanma yarışından öz mənafeyi üçün maksimum istifadə edir. Bunu da yadda saxlamalıyıq ki, ABŞ-da keçiriləcək gələcək seçkilərdə qələbə qazanmaq üçün indiki hakimiyyət Birləşmiş Ştatlarda güc və sərvət sahiblərinin dəstəyini qazanmalı və ölkə daxilində özünün hər şeyə müvəffəq olduğuna dair imic yaratmalıdır. Bu cür təbliğat xarakterli mübahisələr yaratmaq isə bu hədəfə çatmaqda onlara kömək edir. 

Fikrimizcə, region ölkələri öz təhlükəsizliklərini təmin etməyi bacarırlar. Lakin bu sabitliyi yaratmaq militarizmin genişləndirilməsi ilə deyil, sabitlik yaradan və hərtərəfli konstruktiv öhdəliklərlə təmin olunur. Sabitlik və sülhün təmin olunması üçün ən yaxşı təcrübə region ölkələrinin "təhlükəsizlik inteqrasiyası" və "iqtisadı əməkdaşlıq"larını artırmasıdır. Biz region ölkələrini özümüzə rəqib bilmirik, onları vahid toplum hesab edirik.

Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bakıda minik avtomobili yanıb
Bakıda minik avtomobili yanıb
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır
Bakıda mənzildən kişi meyiti tapılıb
Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxıb
ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub
Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib
Mariya Stadnik Avropa çempionatının finalında (FOTO)
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bütün xəbərlər