...

Gürcüstan dənizçilərinin xüsusi əməliyyat yolu ilə azad olunması məsələsinə baxılmır – Prezidentin mətbuat katibi

Siyasət Materials 12 Oktyabr 2010 14:55 (UTC +04:00)
Nə qədər ki, dialoq imkanları mövcuddur, Somali dəniz quldurları tərəfindən oğurlanmış gürcü dənizçilərin xüsusi əməliyyat yolu ilə azad olunması məsələsinə baxılmayacaq.
Gürcüstan dənizçilərinin xüsusi əməliyyat yolu ilə azad olunması məsələsinə baxılmır – Prezidentin mətbuat katibi

Gürcüstan, Tbilisi, 12 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Nə qədər ki, dialoq imkanları mövcuddur, Somali dəniz quldurları tərəfindən oğurlanmış gürcü dənizçilərin xüsusi əməliyyat yolu ilə azad olunması məsələsinə baxılmayacaq. Bunu Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bugünkü mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Prezident Mixail Saakaşvili hər gün danışıqlar prosesinə cəlb olunmuş Xarici İşlər Nazirliyindən məlumat alır.

"Somali dəniz quldurları gürcü dənizçiləri azad etmək müqabilində çox böyük məbləğ - 15 milyon dollar tələb edirlər. İndiki məqamda bu məbləğin azaldılması üzrə danışıqlar aparılır", - Mancqaladze qeyd edib.

Xəbər lenti

Xəbər lenti