Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya, Ukrayna, Baltikyanı və Avrasiya ölkələrində yaşayan yəhudilərə tərəfdaşlıq üzrə Milli Birliyin (NCSJ) sədri Riçard Stounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın yüksək templə inkişaf edən ölkə olduğunu qeyd edən qonaq burada yüksək tolerantlıq mühitinin dərin tarixi köklərə söykəndiyini xüsusi vurğulayıb.
Öz növbəsində Məmmədyarov Azərbaycanda müxtəlif dinlərə və milliyyətlərə malik insanların mehriban şəraitdə yaşaması kimi tolerantlıq modelini ölkəmizin əsas sərvətlərindən biri kimi xarakterizə edib və Azərbaycanda tarixən yəhudilərin sülh şəratində yaşadığını bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.