Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılaraq bu sərəncamın əlavəsinə uyğun olaraq müəyyən edilsin.
Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.