...

Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir – Gürcüstan XİN rəhbəri

Siyasət Materials 15 Oktyabr 2010 15:27 (UTC +04:00)
Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Bu barədə bu gün Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında onun gürcü həmkarı Qriqol Vaşadze deyib.
Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir – Gürcüstan XİN rəhbəri

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Bu barədə bu gün Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında onun gürcü həmkarı Qriqol Vaşadze deyib.

"Buna baxmayaraq, münasibətlər daim inkişaf edir və xarici işlər nazirlərinin sıx-sıx görüşləri buna xidmət edir", - o deyib.

Vaşadze qeyd edib ki, görüş zamanı siyasi və iqtisadi məsələlərin daxil olduğu ikitərəfli münasibətlər məsələsinin bütün spektrləri müzakirə olunub.

"Biz səmərəli surətdə işləmişik; deyə bilərəm, bu gün həll olunan bütün məsələlər ikitərəfli münasibətlər üçün vacibdir", - Gürcüstanın xarici işlər naziri deyib.

Azərbaycanlı nazir qeyd edib ki, ikitərəfli əməkdaşlığın inkişafı iki ölkə prezidentlərinin yaxşı münasibətləri ilə müəyyən olunub.

"Ölkələrimizin prezidentləri arasında gözəl münasibətlər yaranıb ki, bu da ikitərəfli əlaqələrin gələcək inkişafı və dərinləşməsinə imkan yaradır", - o deyib.

Xəbər lenti

Xəbər lenti