...

Rusiya ÜTT-nin bütün qaydalarına riayət edərsə, Gürcüstan onun təşkilata üzv olmasına etiraz etməyəcək - XİN rəhbəri

Siyasət Materials 15 Oktyabr 2010 17:06 (UTC +04:00)
Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarına riayət edərsə, Gürcüstan onun təşkilata qoşulmasına etiraz etməyəcək.
Rusiya ÜTT-nin bütün qaydalarına riayət edərsə, Gürcüstan onun təşkilata üzv olmasına etiraz etməyəcək - XİN rəhbəri

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarına riayət edərsə, Gürcüstan onun təşkilata qoşulmasına etiraz etməyəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya hakimiyyət nümayəndələrinin ölkənin ÜTT-yə üzv olacağı barədə bəyanatını şərh edərək deyib.

"Əgər Rusiya bütün qaydalar və prosedurlara riayət edərsə, biz buna qarşı çıxmayacağıq. Əgər onlar lazımi qaydalara riayət etmədən ÜTT-yə daxil ola biləcəklərini düşünürlərsə, yanılırlar", - Vaşadze deyib.

Xəbər lenti

Xəbər lenti