...

Şimali Qafqazın gənci Gürcüstan universitetlərindən birində təhsil almaq istəyir – XİN

Siyasət Materials 15 Oktyabr 2010 18:05 (UTC +04:00)
Şimali Qafqazın gənci Gürcüstan universitetlərindən birində təhsil almaq istədiyini bildirib. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Şimali Qafqazın gənci Gürcüstan universitetlərindən birində təhsil almaq istəyir – XİN

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Şimali Qafqazın gənci Gürcüstan universitetlərindən birində təhsil almaq istədiyini bildirib. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, heç də hamının öz uşağını Moskvaya təhsil almağa göndərmək imkanı yoxdur.

"Bizdə yüksək səviyyəli universitetlər var və gənclər orada təhsil ala bilərlər. Şimali qafqazlılar Tbilisi Dövlət Universiteti və Tibb Universitetinə xüsusi maraq göstərirlər", - Vaşadze deyib.

Onun sözlərinə görə, Şimali qafqazlıların Gürcüstanın ali məktəblərinə qəbul olunması viza rejiminin ləğvindən sonra asanlaşacaq.

Xəbər lenti

Xəbər lenti