...

Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün 712 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 16 Oktyabr 2010 18:14 (UTC +04:00)
İndiyə qədər Azərbaycanda parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb. Trend-in məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün 712 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Hacıyev/

İndiyə qədər Azərbaycanda parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb. Trend-in məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 332 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub, 71 nəfər isə sənədlərinin Dairə Seçki Komissiyalarında (DSK) baxılmasından imtina edib. Pənahovun sözlərinə görə seçkiləri müşahidə etmək üçün 296 beynəlxalq müşahidəçi, 1325 yerli müşahidəçi MSK-da qeydə alınıb. DSK-larda 9236 nəfərin müşahidəçiliyi qeydə alınıb. Onlardan 2613 nəfər öz təşəbbüsü ilə müşahidə aparmaq üçün müraciət edib, 5308 nəfər isə siyasi partiya və partiya blokları tərəfindən irəli sürülüb.

MSK-nın iclasında daxil olan müraciətlərə də baxılıb. MSK katibi Natiq Məmmədov və MSK üzvləri daxil olan müraciətlər haqqında məlumat verib. Qeyd olunub ki, MSK-ya daxil olan şikayətlər əsasən "AXCP-Musavat" siyasi partiyalar bloku, "Qarabağ" siyasi partiyalar bloku və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və müstəqil namizədlər tərəfindən daxil olub. Müraciətlər namizədlərin qeydə alınmaması ilə bağlı olub.

Daxil olan müraciətlər komissiyanın iclasında müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti