...

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hərbi hissələrdəki səsvermə məntəqələrində müşahidəçilərin iştirakına şərait yaradılacaq - Müdafiə Nazirliyi

Siyasət Materials 18 Oktyabr 2010 13:00 (UTC +04:00)
Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq parlament seçkiləri ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində təşkil olunacaq səsvermə məntəqələrində müşahidəçilərin iştirak etməsinə şərait yaradılacaq.
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hərbi hissələrdəki səsvermə məntəqələrində müşahidəçilərin iştirakına şərait yaradılacaq - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq parlament seçkiləri ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində təşkil olunacaq səsvermə məntəqələrində müşahidəçilərin iştirak etməsinə şərait yaradılacaq. Bu barədə bazar ertəsi Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Azərbaycandakı parlament seçkisini ATƏT, Avropa Şurası və MDB-dən olan xarici müşahidəçilər və yerli müşahidəçilər izləyəcəklər.

Sabiroğlu bildirib ki, Mərkəzi Seçki Komissiyası xüsusi rejimdə xidmət edən hərbçilərin harada səs verəcəkləri barədə seçkiyə beş gün qalmış qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti