Azərbaycan Prezidenti ABŞ-ın maliyyə katibinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da ABŞ maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıqla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.