...

İnşaat və ticarət Bakı ilə London arasında əməkdaşlığın yeni perspektivli sahələri ola bilər - Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton

Siyasət Materials 20 Oktyabr 2010 02:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Ənənəvi neft-qaz sektoru ilə bərabər, inşaat, layihə hazırlama və ticarət sahələri Britaniya və Azərbaycan şirkətlərinə birgə biznes üçün bir çox imkanlar yaradır. Bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton deyib.

"İnşaat və layihə hazırlama sahələrində birgə biznesin inkişafı üçün bir çox imkanlar mövcuddur, çünki Azərbaycan hal-hazırda infrastruktur təkmilləşdirməsini həyata keçirir və paytaxtda yenidənqurma işləri aparır. Pərakəndə ticarət sahəsində də əməkdaşlıq üçün imkanlar var",   Devid Lidinqton Bakıya səfəri ərəfəsində Trend-ə verdiyi müsahibədə bildirib.

"Və mən yaxın zamanda Bakının küçələrinə ənənəvi London taksisinin çıxmasını səbirsizliklə gözləyirəm", Lidinqton əlavə edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin Azərbaycana birinci rəsmi səfəri çərşənbə- cümə günləri baş tutacaq. Səfərinin məqsədi ikitərəfli münasbitələrin möhkəmləndirilməsi, Böyük Britaniya və Azərbaycan iş adamları arasında əməkdaşlığın inkişafıdır.   

Səfər zamanı naziri britaniyalı iş adamlarından nümayəndə heyəti müşayiət edəcək. Lidinqtonun Azərbaycanın aparıcı müəssisələrinin rəhbərləri ilə görüşləri planlaşdırılır.

"Britaniya şirkətləri artıq Azərbaycanda ən böyük investorlardan biridir və biz hal-hazırda mövcüd olan yüksək səviyyəli əməkdaşlığa arxalanaraq onu gələcəkdə  daha da inkişaf etdirə bilərik", Britaniya parlamentinin 1992-ci ildən üzvü olan Lidinqton deyib.

Azərbaycan höküməti neft-qaz sektorunda biznesin aparılmasını sadələşdirmək üçün yaxşı iş görüb, kargüzarlığın şəffaflığını artırıb, deyərək,  nazir əlavə edib ki, başqa sahələrdə də biznesin aparılmasını sadələşdirmək üçün əlavə tədbirlər aparıla bilər.

"Zənnimcə, Avropa İttifaqının bütün ölkələri regionda sülhün bərqərar olmasına səylər göstərən və Avropa dəyərlərinə şərik olan Azərbaycanı, etibarlı ticarı partnyor qismində görmək istəyərdi", nazir bildirib.

Bakıya səfəri zamanı 54 yaşlı britaniyalı konservator Azərbaycan Dillər Universitetində Azərbaycanın Avropada rolu mövzusunda nitq söyləyəcək.

"Azərbaycanın Avropa məkanındakı rolu ilk növbədə Azərbaycanın özündən asılıdır", deyən Lidinqton, əlavə edib ki, Avropa ilə birləşmənin, inteqrasiyanın səviyyəsi ayrı-ayrı ölkələrin seçimindən asılıdır.

"Assosiativ saziş üzrə danışıqlar vasitəsilə Azərbaycan artıq Aİ bazarına daxil olmaq üçün daha geniş imkanlar əldə etməyə yaxındır, Azərbaycan vətəndaşları isə Avropada daha da maneəsiz səyahətlər edə bilir", nazir deyib.

İyul ayının ortalarında Cənubi Qafqaz ölkələri ilə assosiativ saziş haqqında danışıqların ilk raundu keçirilib. Sazişlər dəyərlərin işlənməsi üzrə birgə öhdəliklərə əsaslanıb və sahələrin geniş spektrini, o cümlədən siyasi dialoq, ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də ticarət və əməkdaşlıq məsələlərini əhatə edir.
   
"Əgər Azərbaycan zəruri tələblərə müvafiq olduğunu nümayiş etdirə bilsə (onların arasında bazarların açılması, iqtisadi və siyasi islahatlar və regionda münasibətlərin yaxşılaşdırılması nəzərdə tutulub), Aİ ilə daha sıx əməkdaşlığdan faydalana bilər", Lidinqton deyib 

Xəbər lenti

Xəbər lenti