...

Azərbaycanda seçki bülletenləri Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qorunacaq

Siyasət Materials 21 Oktyabr 2010 13:23 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkiləri üçün seçki bülletenləri Xüsusi Dövlət Mühafizəsi Xidməti (XDMİ) tərəfindən qorunacaq. Bu barədə cümə axşamı Trend-ə Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycanda seçki bülletenləri Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qorunacaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək Parlament seçkiləri üçün seçki bülletenləri Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) tərəfindən qorunacaq. Bu barədə cümə axşamı Trend-ə Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Onun sözlərinə görə, bülletenlərin çapı da XDMX altında həyata keçiriləcək.

"Bülletenlər xüsusi dövlət sənədidir. Xüsusi Dövlət Mühafizə Xidmətinin mühafizəsi altında çap olunur və dairə seçki komissiyalarına DSK sədrləri və katiblərinin iştirakı ilə rəsmi şəkildə təqdim edilir. Onlar polisin müşayiəti ilə rayonlara aparılır", - Sarıyev əlavə edib.

O qeyd edib ki, bülletenlərin çapına sabahdan etibarən başlanılması gözlənilir və qanuna müvafiq olaraq seçkiyə üç gün qalmış məntəqələrə paylanılacaq.

Xəbər lenti

Xəbər lenti