Azərbaycanda tətbiq olunan yeni qaydalardan sonra da Türkiyə vətəndaşları vizaları Hava Limanında ala bilərlər - Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycanda tətbiq olunan yeni qaydalardan sonra da Türkiyə vətəndaşları vizaları Hava Limanında ala bilərlər - Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun bəzi KİV-lərə müsahibəsi

- Arzu müəllim, bu günlərdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilmişdir. Bu barədə fikirlərinizi bildirmənizi xahiş edirik.

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması məqsədilə 13 sentyabr 2010-cu il tarixdə "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 326 saylı Fərman imzalamışdır. Bu gün Azərbaycan regionda inkişaf etmiş lider dövlətdir. Həyata keçirilmiş iqtisadi sosial islahatlar nəticəsində respublikamız əcnəbilər üçün cəlbedici dövlətə çevrilmiş, bu səbəbdən ölkəyə gələnlərin sayı günbəgün artmaqdadır. Bir sözlə, miqrasiya proseslərinin belə sürətli inkişaf etdiyi bir zamanda əlbəttə ki, ölkədə bu sahədə siyasətin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi bu kimi tədbirlərin reallaşması zərurətini yaratmışdır. Cənab Prezident tərəfindən atılan bu addım Azərbaycan üçün yeni olsa da, dünya təcrübəsində artıq sınaqdan çıxmış haldır, əksər dövlətlərdə tətbiq edilən qaydadır. Düzdür, Azərbaycan xalqı qonaqpərvər xalqdır, qonaq sevən xalqdır, amma eyni zamanda, xalqını, Vətənini, dövlətini sevən bir xalqdır. Bu gün ölkəmizə gələn qonaqlara biz bütün qapılarımızı açırıq, lakin bir şərtlə - qayda-qanun çərçivəsində. Necə ki Azərbaycan vətəndaşları xarici ölkələrdən birinə səfər etmək istədikdə ya həmin dövlətin ölkəmizdəki səfirliyinə, ya da üçüncü dövlətdə mövcud olan diplomatik nümayəndəliyinə müraciət edib viza əldə edir, necə ki, biz xarici dövlətlərin qanunlarına hörmətlə yanaşırıq, eləcə də ölkəmizə gələn əcnəbilər bizim qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Düşünürəm, gələcəkdə bununla bağlı heç bir problem yaşanmayacaq. Çünki bu gün Azərbaycan Respublikasının dünyanın 70-dən artıq ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bizim bu ölkələri əhatə etmək imkanımız var və onlara vizanı ölkəyə gəlməzdən əvvəl rəsmiləşdirək.

Prezidentin Fərmanında istisna hallar var ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu hallarda viza alınması üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Bu hallar ona görə nəzərə alınır ki, Azərbaycan gündən-günə inkişaf edir, ölkəmizdə beynəlxalq tədbirlər keçirilir və dəvət olunan əcnəbi qonaqlar həmin tədbirlərdə maneəsiz iştirak edə bilsinlər.

Maraqlı şəxslər var ki, bu Fərmanı yanlış şərh edirlər. Bəziləri deyir ki, guya Türkiyə hökuməti bu qərarı böyük narazılıqla qarşılayıb, guya Azərbaycan Türkiyə üçün qapıları bağlayır. Belə bir məsələ ümumiyyətlə yoxdur. Həmin fərmanın 2.1-ci bəndində nəzərdə tutulub ki, Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza alınması üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Türkiyə ilə Azərbaycan arasında belə bir saziş var və həmin sazişə görə, Türkiyə vətəndaşları Azərbaycana gəldikdə onların vizaları H.Əliyev adına Beynəlxalq Hava Limanında rəsmiləşdirilir.

- Bəs noyabrın 7-də keçiriləcək parlament seckilərinə müşahidəçi qismində qatılan əcnəbi vətəndaşların ölkəyə girişində hər hansı bir problem yaranmayacaq ki?

- Qeyd edim ki, bu məsələlər cənab Prezident tərəfindən imzalanmış məlum fərmanda öz əksini tapmışdır. Müşahidəçi qismində seçki proseslərinə cəlb edilən əcnəbi ekspertlər, əlbəttə ki, ölkəmizə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəvət məktubu əsasında dəvət ediləcəklər. Müəyyən prosedurlardan sonra onların ölkəyə daxil olması ilə bağlı müvafiq qərarlar qəbul olunur, bunun əsasında həmin şəxslərin vizası müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilir. Konkret desəm, bu məsələ 326 saylı Fərmanın 2.3-cü maddəsində açıq-aydın öz əksini tapmışdır.

- Arzu müəllim, imzalanmış Fərmandan hansı müsbət nəticələr gözləyirsiniz?

- Bu gün Azərbaycan dinamik iqtisadi inkişaf yolunda olan bir dövlətdir. Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərə malik bir ölkədir.

Azərbaycanda bir il ərzində qalan əcnəbilərin sayı 120 minə yaxındır. Əvvəlki illərdə Azərbaycana gəlib və Azərbaycan ərazisində yaşayan və hansısa fəaliyyətlə məşğul olan əcnəbilərin sayı 400 mindən artıqdır.

Azərbaycan Respublikası inkişaf edirsə, ölkəyə gələn əcnəbilərin sayı ilbəil artırsa, biz də miqrasiya sahəsində siyasətimizi təkmilləşdirməliyik.

Qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən ölkə kimi Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması ilk növbədə, milli təhlükəsizliyin təmini, stabilliyin qorunması baxımından vacib aktuallıq kəsb edir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı son illər görülən mühüm tədbirlər məhz buna xidmət edir. Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhz bu istiqamətdə qurmuşdur. Bir daha qeyd edirəm, bu fərmanın qəbul edilməsində əsas məqsəd miqrasiya idarəetmə sistemində dünyanın əksər inkişaf etmiş və təhlükəsizliyinə önəm verən ölkələrdə mövcud olan qaydaların tətbiqidir. Xatırlatmaq istəyirəm ki, fərman həm də 24 iyun 2008-ci il tarixdə Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə bağlıdır. Hansı ki məhz bu qanuna əsasən "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında" və bir sıra digər qanunlara əhəmiyyətli dəyişikliklər edilmişdir. Qeyd edilənlərə əsasən, yalnız müsbət nəticələr əldə olunacaq.

- Rəhbəri olduğunuz qurum tərəfindən ölkəmizdə həyata keçirilən qanunsuz miqrasiya ilə mübarizə tədbirləri hansı səviyyədədir?

- Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində qanunsuz miqrasiya halları mövcuddur. Əsas məsələ bu xoşagəlməz halın qarşısını almaq və ciddi mübarizə aparmaqdır. Bu gün Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqları Prezident cənab İlham Əliyev tərəfindən verilən səlahiyyətlər çərçivəsində ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirir, bu sahədə intensiv tədbirlər həyata keçirir.

1-2 il əvvəl Bakı şəhərində küçə ticarəti ilə məşğul olan Çin, Pakistan, Veytnam və digər ölkələrin vətəndaşlarına rast gəlinirdi. İndi bunların sayı ciddi şəkildə azalıb. Bir müddət əvvəl şəhərdə Çin masaj salonlarına rast gəlirdik. Bu salonlar müvafiq icazə almaqla qanuni şəkildə fəaliyyət göstərməlidirlər. Azərbaycana qanuni yolla gəlib qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı mübarizə aparılır və aparılacaq da.

Təkcə bu ilin 9 ayı ərzində xidmət əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 9 230 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 2 352 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 6 000-dən artıq əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada onların ölkə hüdudlarından kənara çıxarılması barədə müvafiq qərarlar qəbul edilmişdir. Ölkədən çıxarılan əcnəbilərin 600-ə yaxın Çin, 400-ə yaxın Pakistan, 105 Türkmənistan, 30-a yaxın Banqladeş, 20-yə yaxın Əfqanıstan və s. dövlətlərin vətəndaşlarıdır.

Sonda qeyd edim ki, gələcəkdə qanunsuz miqrasiya hallarının qarşısının alınması və müəyyən problemlərin yaranmaması üçün bu gün Azərbaycan Respublikasında belə bir hüquqi aktın qüvvəyə minməsi vaxtında atılmış addımdır. Əcnəbi ölkəyə gəlməmişdən öncə viza alınması üçün müəyyən edilmiş qaydada müraciət edir, məqsədəuyğun hesab olunduqda onun ölkəyə girişi üçün müvafiq tədbirlər görülür. Ölkəyə daxil olan əcnəbi dərhal vahid miqrasiya məlumat sisteminə daxil edilir və o, ölkəni tərk edənə qədər bu sistem vasitəsilə izlənilir.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Milli Konservatoriyada koronavirusa görə əyani dərslər dayandırılıb
Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!
Hacıqabulda toy məclisinin qarşısı alınıb
Özbəkistan “ASAN xidmət” modelini öyrənir (FOTO)
Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib
Türkiyədə Ramazanda kütləvi tədbirlər keçirilməyəcək
Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı (FOTO)
İnstitusional təşəbbüslərin reallaşması vətəndaşlara dövlət qayğısının təzahürüdür - Kamaləddin Qafarov
Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü
Karantin qaydaları kiminsə arzu, istəyi ilə tənzimlənmir - Adil Qeybulla
Bakıda 48 minə yaxın sərnişinə xidmət edəcək müntəzəm marşrut xətti açılıb (FOTO)
Bərdədə yas mərasimi aşkarlanıb
Tovuzda toya toplaşanlar cərimələnib (VİDEO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Evini tərk edən daha 17 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi açıldı
Sabirabadda toy məclisi aşkarlandı, 9 nəfər cərimələndi
Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb
“Yaşıl Marafon” çərçivəsində Şəmkirdə ağac tingləri paylanılıb (FOTO)
Yevlaxda toy edənlər cərimələndi
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb
Göyçayda 3 toy mərasiminin qarşısı alınıb (FOTO)
Siyasi partiyalar arasında dialoq istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu - Tamam Cəfərova
Bakıda daha bir toy mərasimi aşkarlandı (VİDEO)
Aprelin 12-də xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)
Bakıda istirahət mərkəzində yanğın olub
Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ötdü
Böyük Britaniya Şimali İrlandiyaya xüsusi təyinatlı qüvvələr göndərib
Haitidə katolik kilsənin bir qrup xidmətçisi qaçırılıb
Praqada yaşayış binasında baş verən yanğın nəticəsində 6 uşaq yaralanıb
Sent-Visent və Qrenadin ərazisində vulkan püskürməsinə görə işıqlar kütləvi şəkildə sönür
Bakıda azyaşlı qapı arxasında qalıb
Entoni Hopkins BAFTA mükafatına layiq görülub
"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi
Türkiyədə son sutkada koronavirusdan 30 194 nəfər sağalıb
Ağcabədi rayonunda tikili yanıb
Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert
Qırğızıstanın yeni konstitusiyasına dair referendum baş tutub
Türkiyədə zəlzələ qeydə olunub
Trend BİA və Qırğızıstanın "Kabar" agentliyinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib
Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir
Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib
Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir - Ekspert
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
Ceyhun Bayramov “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Goranboyda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
Azərbaycanda 2 414 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
Rusiyada koronavirusdan ölənlərin sayı 103 min nəfərə çatır
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Bütün xəbərlər