...

NATO və Aİ Cənubi Qafqaza münasibətdə öz siyasətlərini konkret şəkildə müəyyən etməlidirlər - ekspert

Siyasət Materials 22 Oktyabr 2010 14:47 (UTC +04:00)
NATO və Aİ Cənubi Qafqaza münasibətdə öz siyasətlərini konkretləşdirməlidirlər. Buxarest Siyasət və İnzibati İdarəetmə Milli Məktəbinin professoru, Münaqişələrin Qarşısının Alınması və İlkin Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Gifu (İulian Chifu) belə hesab edir.
NATO və Aİ Cənubi Qafqaza münasibətdə öz siyasətlərini konkret şəkildə müəyyən etməlidirlər - ekspert

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Ü.Sadıqova/

NATO və Aİ Cənubi Qafqaza münasibətdə öz siyasətlərini konkretləşdirməlidirlər. Buxarest Siyasət və İnzibati İdarəetmə Milli Məktəbinin professoru, Münaqişələrin Qarşısının Alınması və İlkin Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Gifu (İulian Chifu) belə hesab edir.

"NATO və Aİ Cənubi Qafqaza münasibətdə öz konkret mövqelərini müəyyən etməlidirlər. Bu təşkilatlar hansı sahələrdə - iqtisadi və ya siyasi, yaxud demokratiyanın inkişafı, münaqişələrin həlli və bu ölkələrin həmin strukturlara inteqrasiyasında Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etmək fikrində olduqlarını müəyyən etməlidirlər". Ekspert bu barədə cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda "dəyirmi masa" formatında keçirilən iclasda bəyan edib.

Gifu hesab edir ki, NATO və Aİ-nin Cənubi Qafqaz ölkələri ilə münasibətləri institutlaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti