...

İran nərə balıqlarının qorunması üzrə böyük təcrübə toplayıb – XİN rəhbərinin müavini

Siyasət Materials 22 Oktyabr 2010 19:19 (UTC +04:00)
İranda nərə balıqlarının qorunması üzrə böyük təcrübə toplanılıb və hazırda onların Xəzərdə artırılmasının bərpası üzrə işlər aparılır. Bu barədə Astanada keçirilən mətbuat konfransında İran İslam Respublikasının xarici işlər nazirinin müavini Əmir Mənsur Borgeyi deyib.
İran nərə balıqlarının qorunması üzrə böyük təcrübə toplayıb – XİN rəhbərinin müavini

Qazaxıstan, Astana, 22 oktyabr /Trend, müxbir A.Bayjanov/

İranda nərə balıqlarının qorunması üzrə böyük təcrübə toplanılıb və hazırda onların Xəzərdə artırılmasının bərpası üzrə işlər aparılır. Bu barədə Astanada keçirilən mətbuat konfransında İran İslam Respublikasının xarici işlər nazirinin müavini Əmir Mənsur Borgeyi deyib.

"Bizdə yarım il balıq ovuna qadağa qoyan, nərə balıqlarının qorunması haqqında qanun qəbul olunub, - o deyib. - Bundan əlavə, qeyd etmək lazımdır ki, balıqların kürütökmə prosesi bu balığın yetişdirildiyi Xəzər dənizinin cənubunda aparılır".

Borgeyinin sözlərinə görə, İran Xəzərin ekologiyasının qorunub saxlanmasına böyük töhfələr verir, belə ki, dənizə təmiz dağ suyu olan bir çox çaylar tökülür.

İranın Xəzəryanı əyalətlərində dənizin bu hissəsini çirkləndirən böyük sənaye müəssisələri yoxdur. Nərə balıqlarının Xəzərin şimalından cənubuna köçməsini nəzərə alsaq, bu, çox vacib faktordur.

Xəbər lenti

Xəbər lenti