...

İran, Rusiyanın İslam Respublikasına silah tədarük etməkdən imtinası ilə bağlı təzminatalma prosesinə başlayıb – müdafiə naziri

Siyasət Materials 23 Oktyabr 2010 14:50 (UTC +04:00)
İran, Rusiyanın Tehrana "S-300" zenit-raket sistemlərinin tədarükü üzrə müqaviləni yerinə yetirməkdən imtina etməsi ilə bağlı ondan təzminatın alınması üzrə hüquqi prosesə başlayıb. Bu barədə şənbə günü İranın "Mehr" agentliyinə müsahibəsində İran müdafiə naziri Əhməd Vahidi deyib.
İran, Rusiyanın İslam Respublikasına silah tədarük etməkdən imtinası ilə bağlı təzminatalma prosesinə başlayıb – müdafiə naziri

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

İran, Rusiyanın Tehrana "S-300" zenit-raket sistemlərinin tədarükü üzrə müqaviləni yerinə yetirməkdən imtina etməsi ilə bağlı ondan təzminatın alınması üzrə hüquqi prosesə başlayıb. Bu barədə şənbə günü İranın "Mehr" agentliyinə müsahibəsində İran müdafiə naziri Əhməd Vahidi deyib.

Onun sözlərinə görə, Rusiya İrana "S-300"ü satmaqdan imtina etdiyinə görə, İran tərəfi razılaşmaya uyğun olaraq təzminat tələb edir və bu məsələ ilə bağlı hüquqi prosesə başlayıb.

"İran özü "S-300"ü istehsal etməyə başlayacaq", - nazir bildirib.

İrana "S-300" komplekslərinin tədarükü üzrə müqavilə 2007-ci ilin sonunda imzalanıb. Sövdələşməyə əsasən, Rusiya İrana 800 milyon dollar ümumi dəyərdə beş "S-300PMU-1" divizion zenit-raket sistemini tədarük etməli idi. 2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları sərtləşdirdi. Sentyabrın 22-də Rusiya Prezidenti Dmitri Medvedev İrana tərəfinə ağır texnikanı, o cümlədən, "S-300" zenit-raket sistemlərinin tədarükünü qadağan edən "BMT Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti