Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 25-də Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Lyan Quanlenin dəvəti ilə həmin ölkəyə rəsmi səfərə yola düşür. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, üçgünlük səfər çərçivəsində Əbiyevin Çinin müdafiə naziri, Baş Qərargah rəisi, dövlət və hökumət rəhbərliyinə daxil olan rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Görüşlər zamanı Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.