...

Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olacaq

Siyasət Materials 26 Oktyabr 2010 17:51 (UTC +04:00)
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Həştərxan qubernatoru Aleksandr Jilkinlə görüşdə ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olacaq

Rusiya, Həştərxan, 26 oktyabr /Trend, xüsusi müxbir V.Tyukayev/

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Həştərxan qubernatoru Aleksandr Jilkinlə görüşdə ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 27-də Həştərxana baş tutacaq səfəri çərçivəsində Heydər Əliyevin abidəsinin açılışı olacaq.

Abidənin ucaldılması ilə bağlı razılaşma vilayət hökumətinin sədri Konstantin Markelovun ötən ilin dekabrında Bakıya səfəri zamanı əldə olunub.

Cari ilin aprelində Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev abidənin ucaldılmasına görə bir neçə yerə baxış keçirib, bundan sonra Həştərxanın Kirov rayonunun Volqaboyu sahilində hündürlüyü 7 metr olan bürünc abidənin tikinti variantı seçilib.

Azərbaycan tərəfi ilə razılaşmaya əsasən, indiki bağ xarici görünüşcə xeyli dəyişdiriləcək, abadlıq zonası sahilədək - Ququşu gölündəki körpüdən Müqəddəs Knyaz Vladimir kiləsinə qədər olan ərazini əhatə edəcək.

Abidə ətrafındakı bağın abadlıq layihəsi "Azərlayihətikinti" İnstitutunun mütəxəssisləri tərəfindən yerinə yetirilib. Abadlıq işlərinin maliyyələşdirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti