...

Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 26 Oktyabr 2010 20:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir fəxri qarovul dəstəsinin önündən keçib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Səfir Nəssir Əbdül Kərim Əbdül Rəhim Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir Fələstin Muxtariyyəti rəhbərinin Fələstin Muxtariyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduğunu və Fələstinin Azərbaycan Respublikasında səfirliyinin açılmasındakı dəstəyə görə dövlətimizin başçısına təşəkkürünü ifadə etdiyini bildirib.

Fələstin Muxtariyyətinin Azərbaycanda səfirliyinin açılmasının əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Muxtariyyətinin rəhbərinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti