...

Kiyevdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)

Siyasət Materials 28 Oktyabr 2010 13:21 (UTC +04:00)
Kiyevdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Kiyevdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)

RED. əlavəsi: Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç oktyabrın 28-də Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət ediblər, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç "Əbədi məşəl"in önünə əklil qoydular, 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdilər.

Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi. Dövlətimizin başçısı qədim Kiyev şəhərinin mənzərəsini seyr etdi.

Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub,  - məlumatı AzərTAc Dövlət İnformasiya Agnetliyi yayıb.

Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamladı.

Xəbər lenti

Xəbər lenti