...

Azərbaycan Cənubi Qafqazda sabitlik faktoru hesab olunur – Özbəkistan səfiri

Siyasət Materials 29 Oktyabr 2010 13:48 (UTC +04:00)
Özbəkistan Azərbaycana Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik faktoru kimi baxır. Bu barədə cümə günü Özbəkistan səfiri İsmətulla İrqaşev Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində deyib.
Azərbaycan Cənubi Qafqazda sabitlik faktoru hesab olunur – Özbəkistan səfiri

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Т.Konyayeva/

Özbəkistan Azərbaycana Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik faktoru kimi baxır. Bu barədə cümə günü Özbəkistan səfiri İsmətulla İrqaşev Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində deyib.

Strateji Araşdırmalar Mərkəzində müzakirələr müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə görüşlərin keçirilməsi üzrə xüsusi layihə çərçivəsində aparılır. Bugünkü görüşün mövzusu "müasir regional geosiyasət" məzmununda" Azərbaycan - Özbəkistan münasibətləridir.

"Azərbaycan - Özbəkistanın regionda vacib strateji tərəfdaşıdır, ona görə də biz gələcəkdə də Bakını beynəlxalq arenada dəstəkləməyə hazırıq", - səfir deyib.

Onun sözlərinə görə, iki ölkənin mövqeyi milli maraqların bənzəyişi, mədəniyyət, ənənə və dilin ümumiliyini yaxınlaşdırır.

Səfirin sözlərinə görə, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması və Azərbaycanın ərazi bütövlüyü uğrunda ardıcıl surətdə çıxış edib və edəcək.

"Biz belə hesab edirik ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Özbəkistan həmişə Azərbaycanın tərəfində olub və onu Dağlıq Qarabağ münaqişəsi məsələsində dəstəkləyib",- İrqaşev deyib.

Səfir belə hesab edir ki, bu cür münaqişələrin həllində ümumi qəbul olunmuş beynəlxalq prinsipləri müşahidə etmək lazımdır. Bu məsələdə Özbəkistanın mövqeyi birmənalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti