...

ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə ikinci aralıq hesabatı nəşr edib

Siyasət Materials 30 Oktyabr 2010 14:01 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 16-26 oktyabr dövrü ərzində Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçkiqabağı hazırlıq üzrə ikinci aralıq hesabatı nəşr edib.
ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə ikinci aralıq hesabatı nəşr edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 16-26 oktyabr dövrü ərzində Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçkiqabağı hazırlıq üzrə ikinci aralıq hesabatı nəşr edib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

ATƏT-in hesabatında deyilir ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə fəal hazırlığı davam etdirir. Sənəddə bildirildiyi kimi, MSK-nın iclasları mütəmadi keçirilir, onlar müşahidəçilər və KİV üçün açıqdır, bu görüşlərin yekunları ilə bağlı hesabatlar vaxtında dərc edilir. "MSK seçiciləri, aşağı komissiyaları və polisi məlumatlandırmaqla bağlı işi davam etdirir. Bu müddət ərzində dairə seçki komissiyaları (DSK) və onların seçki məntəqələri üçün səsvermə proseduru üzrə treninqlər keçirilib", - ATƏT-in hesabatında deyilir.

Təşkilatın məlumatına görə, MSK seçici siyahılarının təkmilləşdirilməsi üzrə ciddi iş aparır. "Seçicilər seçici siyahısından seçki məntəqələrində istifadə edə bilərlər. Seçicilər DSK-da öz qeydiyyatlarını yeniləndirə bilərlər. Lakin idiyədək seçicilərin yalnız az hissəsi bü hüquqdan istifadə edib. Eləcə də seçicilərin az hissəsi bir dairə çərçivəsində digər seçki məntəqəsində səs vermək üçün onları qeydiyyatdan çıxarmaq xahişi ilə müraciət edib", - məruzədə deyilir.

Hesabatda seçkilərin KİV və xəbərlər proqramlarında işıqlandırılması problemi də öz əksini tapıb. Qeyd edilir ki, İctimai Televiziya hər bir namizədi dörd dəqiqəlik pulsuz efir vaxtı ilə təmin edərək, müzakirələr üçün "dəyirmi masa"lar təşkil edən yeganə milli kanaldır.

Oktyabrın 25-nə olan vəziyyətə görə, MSK ümumilikdə 224 şikayətə baxıb. Komissiya DSK-da qeydiyyatdan imtina edilmə ilə bağlı 42 şikayəti təsdiq edib. ATƏT-in məruzəsində deyilir ki, Bakı Apelyasiya Məhkəməsi indiyədək 50-dən çox şikayətə baxıb, onların hamısı rədd edilib.

MSK-nın məlumatına görə, hazırda seçkiləri izləmək üçün 581 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Müşahidəçilərin ümumi sayı 20 min nəfərdən çoxdur.

Parlament seçkilərində iştirak etmək üçün indiyədək 692 namizəd qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti