...

Azərbaycan Prezidenti Kür və Araz çaylarının daşması nəticəsində Salyanda evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin açılışında iştirak edib

Siyasət Materials 1 Noyabr 2010 15:06 (UTC +04:00)
Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib.
Azərbaycan Prezidenti Kür və Araz çaylarının daşması nəticəsində Salyanda evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin açılışında iştirak edib

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, yeni qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunub.

Dövlət başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.

Evlərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik edib.

Müəllimə Safurə Rzayeva qəsəbə sakinləri adından dövlət başçısına diqqət və qayğıya görə minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti