...

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfər edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Noyabr 2010 16:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Türkiyəyə işgüzar səfərə yola düşüb. Məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.
Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfər edib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Türkiyəyə işgüzar səfərə yola düşüb. Məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.

Məlumata görə, nazir Elmar Məmmədyarov noyabr 3-də İstanbulda keçirilməsi nəzərdə tutulan Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) iştirak etmək məqsədi ilə Türkiyəyə gedib.

Konfrans çərçivəsində Məmmədyarovun mövzu ilə əlaqədar çıxışı planlaşdırılır.

Konfrans noyabrın 2-4-də Türkiyə və Əfqanıstanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Zalmay Rəsulun sədrliyi ilə keçirilir. Konfransda Pakistan, Hindistan, eləcə də Əfqanıstana cəlb edilən bütün beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti