...

İrandan Azərbaycana narkotik keçirən qaçaqmalçılar gömrükçülərə silahlı müqavimət göstərib

Siyasət Materials 6 Noyabr 2010 13:38 (UTC +04:00)
Dövlət Gömürk Komitəsindən şənbə günü Trend-ə bildiriblər ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitəni satmaq məqsədi ilə Azərbaycana gətirən İran vətəndaşı Cəlilabad rayonu Boyxanlı kəndi ərazisində saxlanılıb. Qrupun digər üzvləri isə silahlı müqavimət göstərərək hadisə yerindən qaçıblar.
İrandan Azərbaycana narkotik keçirən qaçaqmalçılar gömrükçülərə silahlı müqavimət göstərib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Gömrük Komitəsinin əməkdaşları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda heroin keçiriən İran vətəndaşını saxlayıb.

Dövlət Gömürk Komitəsindən şənbə günü Trend-ə bildiriblər ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitəni satmaq məqsədi ilə Azərbaycana gətirən İran vətəndaşı Cəlilabad rayonu Boyxanlı kəndi ərazisində saxlanılıb. Qrupun digər üzvləri isə silahlı müqavimət göstərərək hadisə yerindən qaçıblar.

Saxlanılan Şəhriyar Fədakar Kəlansəra Bəhram oğlunun Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirdiyi qara rəngli bel çantasında 7 ədəd müxtəlif ölçülü, polietilen selofana bükülmüş və şəffaf yapışqan lentlə sarınmış şəkildə bağlamalardan, ümumi xalis çəkisi 7090 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldəetmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmə faktına görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, İran vətəndaşı Şəhriyar Fədakar Kəlansəra Bəhram oğlu şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, İranın Germiş şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 7 ədəd bağlamaya qablaşdırılaraq ümumi xalis çəkisi 7090 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib.

Ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.

Yasamal rayon məhkəməsinin 29 oktyabr tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayətkar qrupun digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti