...

Azərbaycanın cənubunda saat 10:00-a olan məlumata görə, seçicilərin təxminən 10 faizi səsvermədə iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 11:00 (UTC +04:00)
Azərbaycanın cənubunda saat 10:00-a olan məlumata görə, seçicilərin təxminən 10 faizi səsvermədə iştirak edib.
Azərbaycanın cənubunda saat 10:00-a olan məlumata görə, seçicilərin təxminən 10 faizi səsvermədə iştirak edib

Azərbaycan, Lənkəran, 7 noyabr /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda saat 10:00-a olan məlumata görə, seçicilərin təxminən 10 faizi səsvermədə iştirak edib.

74 saylı Lənkəran kənd seçki dairəsi üzrə seçicilərin 7,6 faizi səsvermədə iştirak edib.

76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə seçicilərin 9,6 faizi, 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 11,36 faizi səsvermədə iştirak edib.

78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə seçicilərin 11,1 faizi səsvermədə iştirak edib.

73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə isə seçicilərin 6,6 faizi səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti