...

Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçirilir – MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 12:49 (UTC +04:00)
MDB müşahidə missiyasına seçki məntəqələrindən daxil olan məlumata görə, Azərbaycanda parlament seçkilərinin gedişatı barədə müsbət təəssüratlar var. Bu barədə bazar günü Bakıda MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.
Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçirilir – MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva

MDB müşahidə missiyasına seçki məntəqələrindən daxil olan məlumata görə, Azərbaycanda parlament seçkilərinin gedişatı barədə müsbət təəssüratlar var. Bu barədə bazar günü Bakıda MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.

"Səsvermə sakit şəraitdə keçir. Ənənəvi olaraq, yaşlı nəslin nümayəndələri məntəqələrə daha erkən gəlirlər, gənclər isə bir qədər gec səs verirlər. Bizim müşahidələrimizə görə, tək-tək məntəqələrdə seçicilərin 20 faizi səs verib, digər məntəqələrdə az səs verilib. Bir qədər əvvəl beş faiz səsvermə olan məntəqədə olmuşuq və görürük ki, fəal səsvermə gedir. Getdikcə seçicilər daha çox fəallaşır", - Lebedev deyib.

Onun sözlərinə görə, günortaya qədər seçki məntəqələrinə gələnlərin sayı daha da artacaq. "Müşahidəçilərdən seçicilərlə bağlı şikayətin olub-olmadığını soruşmuşuq. Hələlik heç bir şikayət və müraciət daxil olmayıb. Ümumiyyətlə, normal səsvermə gedir və əhalinin əhval-ruhiyyəsi yaxşıdır", - o qeyd edib.

Lebedevin sözlərinə görə, seçki məntəqələri vaxtında açılıb, onların hər birində MDB müşahidə missiyasının nümayəndəsi olub.

MDB missiyası 25 saylı Nizami ikinci seçki dairəsi üzrə 6, 7 və 8 saylı məntəqələrdə seçkilərin gedişi barədə qiymətləndirmə aparıb. Hazırda həmin məntəqələrdə seçici fəallığı müvafiq olaraq 140, 119 və 132 nəfər təşkil edir. Göstərilən məntəqələrdə "exit-poll" keçirilir.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti