...

Azərbaycanda seçki prosesinin səviyyəsi yüksəlib – RF Federasiya Şurasının sədr müavini (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 17:45 (UTC +04:00)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda seçki prosesinin səviyyəsi yüksəlib. Bunu bu gün ölkədə keçirilən parlament seçkiləri sübut edir. RF Federal Məclisi Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyanın (PAA) müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlova belə hesab edir.

"Seçkilər yüksək səviyyədə və kifayət qədər açıq keçirilir, məntəqələrin çox yaxşı texniki təchizatını və həmin məntəqələrdə çalışan şəxslərin işini xüsusilə qeyd etmək istərdim", - Orlova bazar günü Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ötən ilki referendumla müqayisədə seçki prosesinin səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd etmək olar.

O bildirib ki, MDB müşahidəçiləri bütün müşahidəçilər üçün seçki prosesinin monitorinqinin vahid prinsiplərinin hazırlanması haqqında məsələ qaldıracaqlar. "Bu məsələni onlar ATƏT DTİHB-də müzakirə etməyə hazırlaşırlar. Biz həmçinin, hesab edirik ki, barmaqların nişanlanması prosedurunu da ləğv etmək lazımdır. Azərbaycan bundan çox uzağa gedib", - Orlova bildirib.

Onun sözlərinə görə, MDB PAA müşahidəçiləri artıq 48 seçki məntəqəsinə baş çəkiblər.

Azərbaycanda parlament seçkilərinə səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti