...

Azərbaycanda parlament seçkisində ilk dəfə tətbiq edilən elektron səsvermə sınaqdan uğurla çıxıb - "Parlament-2010" seçki monitorinqi koalisiyası

Siyasət Materials 7 Noyabr 2010 20:56 (UTC +04:00)
"Parlament-2010" seçki monitorinqi koalisiyası bəyan edib ki, Azərbaycanda parlament seçkisində ilk dəfə tətbiq edilən elektron səsvermə sınaqdan uğurla çıxıb.
Azərbaycanda parlament seçkisində ilk dəfə tətbiq edilən elektron səsvermə sınaqdan uğurla çıxıb - "Parlament-2010" seçki monitorinqi koalisiyası

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Hacıyev/

"Parlament-2010" seçki monitorinqi koalisiyası bəyan edib ki, Azərbaycanda parlament seçkisində ilk dəfə tətbiq edilən elektron səsvermə sınaqdan uğurla çıxıb.

"Elektron səsvermə ilk dəfə keçirilib. Səsvermənin hüquqi əsası yoxdur, yoxlama xarakterlidir. Dünyanın inkişaf etmiş ölkələrində elektron səsvermə sistemindən istifadə edilir. Sistem sınaq mərhələdən çox uğurlu keçdi. Məqsəd ictimai rəyi öyrənmək idi", - bunu bazar günü səsvermədən sonra keçirilən mətbuat konfransında koalisiyanın üzvü Əhməd Qəşəmoğlu bildirib.

Qəşəmoğlu bildirib ki, elektron səsvermə sisteminin təkmilləşdirilməsi məqsədilə növbəti seçkilər üçün iş aparılacaq.

Koalisiyanın koordinatoru Rasim Şərifli deyib ki, "Parlament-2010" seçki monitorinqi koalisiyasının təşkil etdiyi elektron səsvermədə 25 442 seçici iştirak edib.

Koalisiyanın 80 seçki dairəsindəki müşahidəçilərinin rəyinə əsasən səsvermədə 43,8 faiz seçici iştirak edib. Bu, yekun rəqəm deyil.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçirilib. MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti