...

TürkPA-nın missiyası Azərbaycanda parlament seçkilərini demokratik qiymətləndirir

Siyasət Materials 8 Noyabr 2010 11:08 (UTC +04:00)
Türkdilli Dövlətlərin Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda parlament seçkilərini demokratik qiymətləndirir.
TürkPA-nın missiyası Azərbaycanda parlament seçkilərini demokratik qiymətləndirir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası Azərbaycanda parlament seçkilərini demokratik qiymətləndirir.

Azərbaycanda parlament seçkiləri beynəlxalq normalar və standartlara uyğun keçirilib. Bu barədə bazar ertəsi missiyanın müşahidənin yekunları üzrə mətbuat konfransında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, Azərbaycanın hakim qüvvələri seçkilərin demokratik keçirilməsi üçün bütün namizədlərə eyni şərait yaradıblar.

Kabakçı həmçinin, missiyanın müşahidə prosesində qarşılaşdığı cüzi pozuntuları da qeyd edib, lakin onun sözlərinə görə, onlar vaxtında aradan qaldırılaraq seçkilərin demokratikliyinə təsir etməyib.

TürkPA beynəlxalq müşahidə missiyası oktyabrın 5-dən Azərbaycanda seçki vəziyyətinin monitorinqinə başlayıb.

Nümayəndə heyətinin tərkibinə Qazaxıstan parlamentindən üç nümayəndə, Türkiyə parlamentindən beş deputat, həmçinin Türkiyə və Qazaxıstandan TürkPA-nın baş katibinin müavinləri daxil olub.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Seçici fəallığı 50,14 faiz (2480205 seçici) təşkil edib. Bu barədə Trend-ə Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti